Donuz ətini yeməyib, başqaları üçün hazırlamaq olarmı?
Sual:
Salam .Rusiyada kafede isleyirem donuz eti yemirem Amma bu heyvanin eti ile islemeye mecburam.bu bir muselmana haramdimi.Tesekkur edirem.
Cavab:
Va aleykumu-s-sələm. Əgər Uca Allah bir şeyi qadağan edibsə, onu almaq da, satmaq da, yeyilən şeydirsə, yemək və başqaları üçün bişirmək də olmaz. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2).