Nihad adını dəyişdirmək lazımdırmı?

    10.11.2015
Sual: 
salam aleykum sizin saytfa oxumuşdum ki, uşaqlara mənası ilan ad qoymaq lazımdır. oğlumun birinin adı Nicat, digərinin adı Nihaddır. nicatın mənası aydındır təbii ki. ama nihadın mənasını bilmirəm. Belə çıxır ki, uşağın adını dəyuşməliyəm? Şəriətə uyğun ad olmalıdır mütləq? Uşağın artıq 4 yaşı var.onu başqa adla çağırsalar , bu uşaq üçün psixoloji olaraq zərər olmaz? salam aleykum
Cavab: 

Va aleykumus-Sələm. Nihad adı fars mənşəli olub, mənası dərindən düşünən deməkdir. Dini baxımdan Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız pis mənalı və günahla əlaqəli adları dəyişdirərdi. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Asiyanın ("üsyankar qadın" deməkdir) adını dəyişdirib demişdir: "(Bu gündən) sən Cəmiləsən ("gözəl qadın" deməkdir)". (Əbu Dəvud, 4952).

Teqlər: 
Paylaş: