Zakir Naikə qulaq asmaq olar?

    10.11.2015
Kimdən: 
zabil
Sual: 
salam aleykum dr.zakir naik bu insana qulaq asmaq olar?ondan elm goturmek olar?
Cavab: 

Və aleykum Salam. Zakir Naik qeyri-müsəlmanları İslama dəvət edilməsi sahəsində çox məşhur və savadlı insandır. Ondan Xristianlığa, Yəhudiliyə, Buddizmə, Krişnaizmə və başqa dinlərə aid elm götürmək olar. Çünki, bu insanın dəvətinin əsası, bu dinləri araşdırıb, orada İslam dininin haqq olmasına dair dəlilləri insanlara çatdırmaqdan ibarətdir. Lakin, İslam elmi dərin və çoxşaxəli olduğu üçün, bu elmləri bilənlərdən götürmək lazımdır. Necə ki, hər həkimin öz sahəsi var, eləcə də İslam elmilə məşğul olan alimlərin də öz sahələri var. məsələn; fiqh, əqidə, təfsir, şəriət və s.

Teqlər: 
Paylaş: