Kəbinsiz dünyaya gələn uşaq nə sayılır?

    28.01.2014
Sual: 
Salam aleykum. Toy olur kəbin kəsilmir. Kəsdirəndən sonra doğulan uşaqlar nə sayılır?
Cavab: 

Aleykum salam. Əgər toy olubsa, bu bir növ kəbinin şərtlərinin yerinə yetirilməsinə dəlalət edir. Çünki kəbində əsas şərtlərdən valideynlərin, qızın razılığı, iki şahidin və mehrin (başlıq parası) olmasıdır. Təbii ki, əgər toy olursa, deməli bu işdən velideynlərin xəbəri və qızın razılığı vardır. Həmçinin qıza verilən qızıl zinət əşyaları da onun mehri, həmçinin, insanların toya gəlməsi şahidlik sayıla bilər. 

Paylaş: