İslamda təqlid varmı?

    29.01.2014
Sual: 
Salam aleykum. Bağışlayın narahat edirəm.Təqlidliyin vacibliyi haqda Quranda hansı ayədə və hansı surədə verilib?
Cavab: 

Aleykum salam. İslamda hər hansı bir şəxsə kor-koranə təqlid etmək bəyənilmir. Çünki təqlid bir adama tabe olmaq və ya nə dəsə ondan götürmək mənasına gəlir. İslama görə tabeçilik yalnız Allah və Rəsulunadır. Örnək olaraq xüsusi təqlid olunası şəxs yalnız Allahın Rəsulu (Allahın ona və ailəsinə salamı və salavatı olsun) Məhəmməd Peyğəmbərdir. Bu xüsusda Uca Allah belə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab, 21).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab, 36).

Lakin bilmədiyimiz məsələləri alimlərdən öyrənə bilərik. Uca Allah buyurur: "...Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!" (əl-Ənbiya, 7).

Paylaş: