Aşiq oluduğun insanı sevmək günahdırmı?
Sual:
Salam aleykum. Kiməsə aşiq olub sevmek gunah deyil?
Cavab:
Aleykum salam. Həddi aşmamaq və şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. Ona görə də sevmək günah yox, əksinə Uca Allahın nemətlərindəndir. Rəbbimiz buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır". (ər-Rum, 21).
Amma bu kimi məsələrdən uzaq olmaq daha məsləhətdir. Çünki çox vaxt sevgililər bir-birinə qovuşmadıqda nəticədə hər iki tərəf iztirab çəkir və qəlb xəstəliyi yaranır.