Güzgü istifadə etmək olarmı?
Sual:
Salamun Aleyküm.Dinimizə görə güzgüdən istifadəyə icazə varmı? Evdə müxtəlif əşyaların üzərində aynaların olması icazəlidirmi?
Cavab:
Va aleykumus-Sələm. Güzgüdən istifadə etməyə heç bir qadağa yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) güzgüyə baxdıqda belə deyərdi: "Əlhəmdulilləh, Allahummə kəmə həssəntə xalqi, fəhəssin xuluqi va hərrim vachiyə alən-nar". (İbn Hibban və əd-Darimi).
Mənası: "Allaha həmd-sənalar olsun! Allahım yaradılışımı gözəl yaratdığın kimi, əxlaqımı da gözəlləşdir və üzümü Cəhənnəm atəşindən qoru!"
Həmçinin, deyərdi: "Əlhəmdulilləhilləzi səvva xalqi fəadələhu, va kərramə suratə vachi fəhəssənəhə, vacəaləni minəl-muslimin".
Mənası: "Həmd olsun o Allaha ki, məni yoxdan yaratdı, sonrada düzəldib qaydaya, insan şəklinə saldı. Daha sonra üzümü hörmətləndirib gözəlləşdirdi və məni müəslmanlardan elədi".