Dua yazdırıb gəzdirmək olarmı?

    29.01.2014
Kimdən: 
vidadi
Sual: 
Salam aleykum. Xeyir bərəkət ücün dua yazdırıb gəzdirmək günahdırmı? xaiş edirəm cavablandırın, artıq bu necə dəfədir ki, mənim sualımı cavablandırmırsız.
Cavab: 

Aleykum salam. Hər hansı bir məqsəd üçün dua yazdırıb üstündə gəzdirmək islam dininə müxalif olan əməllərdəndir. Necə ki, islam alimlərindən biri belə buyurmuşdur: Dərmanı cibdə gəzdirməklə baş ağrısı keçməz, dərmanın bədənə daxil olmağına ehtiyac olduğu kimi duanın da qəlbə daxil olmağına ehtiyac var. Bu xüsusda Uca Allah buyurur: ​"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Ğafir, 60).

Teqlər: 
Paylaş: