Möhür ilə namaz qılmaq niyə yalnışdır?

    27.11.2015
Sual: 
Salam Aleykum. Mən möhür ilə namaz qiliram. Siz bir şəxsin sualina cavab olaraq yazmisizki möhür ilə peğənbərimiz namaz qilmayib. Mənim bildiyim qədər ilə möhrü dinə peyğəbərimiz əhli beyiti nəsli üməti olan İmamlarimiz gətirib(12 məhsum imam islam şəhidləri). O vaxti peyğəmbərimizdə quma alnini qoyurmuş. Qumu hər zaman yaninda gəzdirdi. Sadəcə qumu gəzdirmək sərf eləmədiyi üçün imamlarimiz qumu bərkidiblər. Və buna möhür adini veriblər. İndi mənim fikrim yalnişdi? Bəyəm peyğənbərin əhli beyitinin yolundan getmək yalnişdi? onlarin yolundan getmək qadağan olunub? Çox xahiş edirəm sualimi cavablandirin. Allah Sizdən razi olsun!
Cavab: 
Və aleykum Salam. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və onun əhli-beytinin yolu ilə getmək hər bir müsəlmana vacibdir. Amma nə peyğəmbər, nə onun əhli-beyti, nə də onların davamçılarının heç biri möhürlə namaz qılmayıblar və ya yanlarında torpaq gəzdirməyiblər. Bu məlumatlar uydurmadır, Quranda, səhih hədislərdə belə məlumat yoxdur. Quran və səhih hədislərdə olmayan şeyi dinə salmaq (bidət) isə böyük günahdır.

Namazda möhür qoyma kiçik kütlə insanlar şəklində İmam Hüseynin (Allah ondan razı olsun) şəhid olunmasından sonra onun qanı bulaşdığı torpaqları qəsd edərək torpaqdan düzəldilib namaza salınıb. Bunun kütləviliyi isə Səfəvilərin vaxtında 1500-cü ildən sonra indiki İraqın bir hissəsi, İran, Azərbaycan ərazilərində güc hesabına yayılmağa başlamışdır. Daha ətraflı: Möhür haqqında

Teqlər: 
Paylaş: