Hicablı qadın uşaq bağçasında başını aça bilərmi?

    24.11.2015
Sual: 
Salam aleykum. Bağçada uşaqlar kiçik olurlar və hələ şəhvət hissi onlarda formalaşmır. Hicablı qadın həmin uşaqların yanında başını aça bilərmi?
Cavab: 

Va aleykum Salam. Həddi-buluğa çatmayan oğlan uşaqlarının yanında qadının başını açması günah deyil. Lakin, nəzərə almaq lazımdır ki, indiki uşaqlarda şəhvət hisslərinin formalaşması daha tez baş verir. Ona görə yaşca bir az böyük olan (təqribən on bir - on iki yaşdan yuxarı) oğlan uşaqlarının yanında hicabı açmağa ehtiyat etmək lazımdır.

Teqlər: 
Paylaş: