Dinə bağlanmaq üçün nə edim?
Aleykum salam. Dinə bağlanmaq üçün birinci növbədə hər bir müsəlmana vacib olan zəruri bilikləri əldə etməlisiniz. İlk növbədə Qurani Kərimin ana dilimizə olan tərcüməsini oxuyun, daha sonra isə din haqqında balaca kitabçaları mütaliə etməyə səy göstərin. Uca Allah Qurani Kərimdə buyurur:
"(Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!)". (Yunus: 57).
Həmçinin, dini saytlara üz tutub sizi maraqlandıran məsələləri öyrənib araşdıra bilərsiniz. Yeri gelmişkən elə bizim saytdan da bəhrələnə bilərsiniz. Bizim sayt məhz sizin kimi İslamı sıfırdan öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Həmçinin, Allahdan daima sizi haqq yola yönəltməyini dua etməyi də unutmayın. Allah sizə və bütün haqq yola yönəlmək istəyən kəslərə yardım etsin!