İçki verilən restoranda yemək olarmı?
Va aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın". (İmam Əhməd 1/20; əl-Beyhaqi, 7/366). Əgər bir toyda içki məclisi qurublarsa, sizin süfrənizdə içki olmasa belə o məclisdə iştirak etmiş sayılırsınız və bu icazəli deyil. Ümumi bir restoranda ayrı-ayrı (içki olan və içki olmayan) məclislər varsa, siz də dostlarınızla gəlib bir məclis qurub oturmusunuzsa və ya tək gəlib bir masa arxasında oturub çörək yeyirsinizsə, içki məclisində oturanlara daxil deyilsiniz. Amma mümkün qədər belə yerlərdən uzaq olub, içki verilməyən yerlərə getməyiniz daha yaxşıdır, çünki həm sərxoş insanlarla mübahisə etmək ehtimalı var, həm də içki verənlərə xeyir verməklə onların işinə yardım etmiş olursunuz. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Həmçinin oxuyun: İçki içməyin günahı