"60 il ibadət etməkdənsə bir saat elm oyrənmək daha yaxşıdır" nə deməkdir?

    29.11.2015
Kimdən: 
viktoriya16
Sual: 
salam. muellimimiz hemiwe bize bele deyir.60 il ibadet etmekdense 1saat elmle mewgul olmaq daha xeyirlidir.men muellime deyiremki bu dini elme aiiddir,o ise dunya elminnen sohbet getdiyini deyir.bunun duzgun izahini isteyirem . xahiw edirem cavab yazardiniz. ALLAH sizden razi olsun.
Cavab: 
Və aleykum Salam. Qeyd etdiyiniz hədis bu şəkildə rəvayət olunub: "Bir saat elm öyrənmək yetmiş (və ya altmış) illik ibadətdən (nafilə ibadətlərdən) daha üstündür".
Əvvəla, bu hədisin səhih olub-olmaması alimlər arasında ixtilaflıdır, ikincisi isə burada vacib yox, nafilə (əlavə) ibadətlər nəzərdə tutulmuşdur. Gündə 5 dəfə namaz, Ramazan orucu və s. kimi vacib ibadətlər isə hamıya vacibdir.
Elmsiz ibadətlə və ya ibadətsiz elmlə məşğul olmağın faydası yoxdur. Elmlə ibadət yan-yana gələn şeydir. Bunları bir-birindən ayırmaq olmaz. Heç kim deməyib ki, elm oxuyursansa, ibadət eləmə və heç bir alim deməyib ki, ibadətlə məşğul olursansa, elmlə məşğul olmağa ehtiyac yoxdur. Əgər sən namaz qılır, lakin bilmirsən ki, namazı kimə qılırsan, bu ibadətin nə mənası var? İnsanı həm din elmlərinə, həd də dünya elmlərinə birinci növbədə Uca Allah özü rəğbətləndirir. Lakin Allah deməyib ki, elmlə məşğulsansa, ibadəti tərk et. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: “Elm öyrənmək hər bir müsəlmana fərzdir". (İbn Məcəh, 223).
Elmin vacib olmasının əsas mahiyyəti insanların ibadəti düzgün başa düşmələri və ibadəti elm üzərində etmələridir. Allah deməyib ki, dünya elmində geri qalasan. Əksinə, dünya elmində olan inkişaf bir daha Allahı ucalığının göstəricisidir. Kim dünya elmlərini iman baxışları ilə öyrənərsə, bu insan bir daha Allahın qüdrətli olmasına, hər şeyə qadir olmasına şahid olar. Bu elmləri materialist cəhətdən, iman baxışlarının mahiyyətinə varmadan öyrənərsə, o insanın yalnız azğınlığını artırar. Həmçinin oxuyun: Məktəbə getmək, elm öyrənmək haqqında
Paylaş: