Qadınla arxadan cinsi əlaqədə olmaq günahdırmı?
Sual:
Salam aleykum. Vereceyim suala gore cohx-chox uzr isteyirem. Ama bu haqda bilmek isteyiremdim. Qadınla arxadan cinsi əlaqədə olmaq günahdırmı?
Cavab:
Və aleykum Salam. İslama görə qadınla arxadan (anusdan) cinsi əlaqəyə girmək haramdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim aybaşı olan qadınla və ya qadına arxa orqanından yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqləyərsə, artıq Muhəmmədə salləllahu aleyhi və səlləm nazil olanı inkar etmişdir". (ət-Tirmizi, 135; İbn Macəh, 639). Digər hədisdə deyilir: "Qadına arxasından (arxa orqanından) yaxınlaşan lənətlənmişdir". (İmam Əhməd, 10206; Əbu Davud, 2164).