Həyat yoldaşımdan gizli kasıb qonşularıma sədəqə verə bilərəmmi?

    05.12.2015
Kimdən: 
loli
Sual: 
Salam. evvelceden uzr istiyirem.2 ildiki aileliyem ve yoldawimin evine kocdum.qonwularinda bir aile ile taniw oldum.cavan qadin ve 3 dene terbiyeli uwaqi var.hemen qadinin heyat yoldawi rehmete gedib.xanimin heckimi yoxdu.birce qoca anasi var.men o aileye komek edirem.erzaq aliram.uwaqlarina pul verirem.mektebe cib xerci verirem.sonra onlara hediyyeler aliram. bilirsiz bezen olurki men onlara pul verende heyat yoldawimdan gizledirem.eger 5 defe pul veriremse onun 3 defesini deyirem. 100 manat veriremse deyiremki 50 manat verdim.duzdu oz qazancimdanda verirem yoldawimin qazancindanda.Qorxuramki bilse cox verirem menimle dalawar. men gunah ediremmi?amma cox kasibdilar, kimsesizdiler.
Cavab: 
Və aleykum Salam. Qadın ərinin izni olmadan öz qazancından sədəqə verə bilər. Ərinizin qazancından sədəqə etsəniz və bilsəniz ki, bu etdiyinizə narazılıq edəcək, onda sizin belə etməniz düz deyil. Lakin, bilsəniz ki, əriniz sizin sədəqə etməyinizə heç nə deməyəcək, məsələn, qonşu gəlib bir çörək istəyir, bir qab yemək istəyir, bunun eybi yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz". (əl-Buxari, 1425). Həmçinin oxuyun: İcazəsiz ərin cibindən pul götürmək olarmı?
Teqlər: 
Paylaş: