"Allah yolunda ölənlərə ölü deməyin" ayəsini əsas götürüb ölülərdən nəsə istəmək olarmı?

    08.12.2015
Sual: 
salam aleykum. Əl bəqərə surəsi154-cü ayənin izahını tam verətdiniz,zəhmət olmazda. Bu ayəni əsad tutaraq şiələr Hüseyni,Əlini çağırmaqda günah,dəhv olduğunu inkar edirlər. Yəni bu insanları bu ayəni nəzərə alaraq çağırmaq laxımdır.onlar guya ki eşidirlər. Belə danışanlara nə cavab vermək olar? Haqqınızı halal edin.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Allah yolunda ölənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz" (əl-Bəqərə, 154). Ayənin axırında deyilir: "...siz bunu duymursunuz" - yəni, bu sizin başa düşdüyünüz dirilik kimi deyil. Onlar artıq bu dünyada deyillər. Ölülərin ruhları "bərzəx" aləmində qalır və dünyadakı şeyləri eşidib görmürlər. Bu ayə bu dünyada olmayanların bizi eşitdiyinə, onlardan nə isə istəməyə dəlil ola bilməz. Məgər Allah deyir ki, onlardan kömək istəmək, Allahdan başqasını çağırmaq olar? İsa peyğəmbər (ona Allahın salamı olsun) də ölməyib, bu dünyada deyil, onda belə çıxır ki, xristianlar İsadan kömək istəməkdə düz edirlər? Allahdan qeyrisini çağırmağın Qurani-Kərimdə və səhih hədislərdə ən böyük günah olan şirk (Allaha şərik qoşmaq) olduğu bildirilib. Halbuki, nə Peyğəmər (ona Allahın salavatı və salamı olsun), nə də səhabələr (Allah onlardan razı olsun) Allahdan qeyrisini çağırmayıblar. Məgər eşitmisinizmi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbrahimdən, səhabələr isə ölüb getmiş peyğəmbərlərdən kömək istəsinlər? Qurani-Kərimdə Allahdan qeyrisindən kömək istəməyin ən böyük günah sayılan şirk olduğuna və duanın edəndə yalnız Allahdan istənilməyinə dair çoxlu dəlillər var. Uca Allah buyurur: "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik" (əl-Fatihə, 5), Burada, "yalnız" kəlməsi yalnız Allaha dua edilməsini bildirir. Ondan qeyrilərinə - istər Peyğəmbərlər, istərsə də İmamlar və saleh şəxslər olsun - onlara ibadət edilməyi və onlardan istənilməyi qadağan edir. Uca Allah buyurur: 
"Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz". (Fatir, 13-14)
"Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən" (ən-Nəml, 80).
Belə məzmunlu ayələr çoxdur. Məgər Allahdan başqasını çağıranlar qorxmurlar ki, əməlləri puç olar?! Həmçinin, oxuyun: 
Allahdan qeyrisinə dua etmək şirkdir
Ölülər eşidirmi?

Paylaş: