Masonların, satanistlərin və yəhudilərin Dəccalla nə əlaqəsi var?

    05.12.2015
Sual: 
Salam aleykum. Bilmək istərdim. Masonların,satanistlərin,iluminatların,yəhudilərin dəccalla nə əlaqəsi var.Şeytana sitayiş etdiklərini bilirəm. Amma dəccala nə aidiyyatı var?Haqqınızı halal edin.
Cavab: 
Və aleykum Salam. Bu sadaladığınız dəstələrin hamısı İslam dininə qarşıdılar. Dəccal da İslama qarşı olacaq. Konkret olaraq bu firqələrin adları çəkilməsə də, bir çox firqələrin Dəccal zühur etdikdə onun tərəfinə keçəcəkləri bildirilmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yetmiş min yəhudinin də Dəccala tabe olacağını bildirmişdir. (İmam Əhməd, 12865). Həmçinin oxuyun:

Dəccalın fitnəsi
Dəccaldan qorunmağın yolları
Qiyamətin böyük əlamətləri

Teqlər: 
Paylaş: