Dəvət etdiyim insan dinin əleyhinə danışarsa, nə edim?
Və aleykum salam və rahmətullah. Dəvət zamanı hikmətli, əxlaqlı və səbirli olmaq, dinin əleyhinə danışanlara bunun böyük günah olmasını gözəl şəkildə bildirmək lazımdır. Uca Allahın ayələrini və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərini yaxşı öyrənib tez-tez xatırlatmaq, öz sözlərinizlə izah etməkdən daha təsirlidir. Əvvəlcə tövhid, şirk kimi əsas məsələləri çatdırmaq, sonra digər mövzulara mərhələ ilə keçmək lazımdır. Bunların hamısını bir gündə yox, hər görüşdə yadda qalacaq qədər demək yaxşıdır. İnsanlara nəsihət etdikdən sonra yenə də dinin əleyhinə danışmağa davam etsələr, həmin məclisi tərk etmək lazımdır. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Həmçinin oxuyun:
İslama dəvət necə olmalıdır?
Bir insanı günahdan necə çəkindirmək olar?
Günahdan çəkinmək üçün nə etmək lazımdır?