Mənim ürəyimə mane olan nədir?
Sual:
Salam aleykum. Mən istiyirəm islama aid bir kitab oxuyum ürək başqa yerdə çox pis sözlər deyir. Sonra özüm də pis oluram. Nəsə mənə olur bu günahdırmı?
Cavab:
Aleykum salam. Ürəyinizə gələn pis fikirlər insana doğru yola gəlməyinə hər cür maneçilik törədən şeytandan irəli gəlir. Odur ki, onun atdığı fikirlərə məhəl qoymayaraq haqqı öyrənməyə davam edin. İbn Abbas rəvayət (Allah ondan razı olsun) edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın Elçisi, həqiqətən, ürəyimizə elə şeylər gəlir ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O (salləllahu aleyhi və səlləm), buyurdu: "Allahu Əkbər! Şeytanın işini (boşa çıxararaq onu ancaq boş) vəsvəsəyə çevirən Allaha həmd olsun!"
Ona görə də bundan məyus olmaq yox, əksinə sevinərək İslamı öyrənməyə və əməl etməyə can atmaq lazımdır. Allah sizə və bütün müsəlmanlara kömək olsun!