Axirət həyatında ölüm varmı?
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir:
"Qiyamət günü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.
Sonra carçı: “Ey Cənnət əhli!”– deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaqlar.
Carçı: “Bunu tanıyırsınızmı?”– deyə soruşacaq.
Onlar: “Bəli, bu ölümdür!”– deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər.
Sonra carçı: “Ey Cəhənnəm əhli!”– deyə səsləyəcək. Cəhənnəm əhli başlarını qaldırıb ona tərəf baxacaqlar.
Carçı: “Bunu tanıyırsınızmı?”– deyə soruşacaq.
Onlar: “Bəli, bu ölümdür!”– deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra onlara deyiləcək: “Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz!”
Sonra Peyğəmbər:
“Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! Çünki onlar qəflətdədirlər...” ayəsini oxudu və: “Bu dünyanın sakinləri xəbərsizdirlər”– dedi, sonra da davam etdi və: “və iman gətirmirlər”– deyərək ayəni tamamladı.” (əl-Buxari, 4730)