Oruc tuta bilməyən bunun əvəzində nə edə bilər?

    01.02.2014
Sual: 
Salam aleykum. Sualim beledir. Eger orucluq ayinda oruc tuta bilmiremse, onu evez ede bilecek hansisa bir emel ve ya hansisa bir xeyir ishle bu gunahi yumaq olarmi?
Cavab: 

Aleykum salam. Əvvəla bilmək lazımdır ki, Ramazan ayında bütün ayı oruc tutmaq islamın beş əsaslarından biri hesab olunur. Bu, ağılı başında olan və həddi-buluğa çatmış hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə, 183). 
Xəstəlik və ya səfər səbəbi ilə Ramazanda oruc tuta bilməyən başqa vaxt buraxdığı günlərin qəzasını tutmalıdır. Əgər insan xroniki xəstəlik və ya qocalıq səbəbi ilə ümumiyyətlə oruc tuta bilmirsə, hər bir günün müqabilində bir kasıbı, bir dəfə yedirt­məlidir. Uca Allah buyrurur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184-185).
 

Teqlər: 
Paylaş: