Haqqı qəbul etməyən insanlarla necə rəftar edim?
Sual:
Salam aleykum. InşAllah birlikdə cənnət bağlarında olaq. Uca Allah bizim günahlarımızı bağışlasın. Bizə səbr versin. Amin. Sualım belədi: mən çalışıram insanlara həqiqəti deyim. Yalanı sevmirəm. Mən haqqa dəvət edəndə bəzilərinin sifətləri çönür. Haqqın mənbəyini göstərirəm, min cür bəhanə deyillər. Hər bir insan bir vaxtdan sonra sözsüz ki bezir. Məndə bezirəm. Artıq Allaha,Islama, Qurana aid heçnə demirəm. Nəsə demək istəyəndə, bilirəm ki eyni hal olacaq. Ona görə özümü saxlayıram. Bu bir qırağa.
Deyillər ki, çox dində dərinə getmə. Sözüm bəzi bidət əhli olan və bu sözləri deyən insanlaradı: SizIn kimi bidət Əhli olaq? Bidətlərinizi təkrar edək? Bəlkə, Quranı qoyub sizə tabe olaq????????
Cavab:
Və aleykum Salam. Heç də hər yerdə haqqı demək lazım deyil. Bu özü insandan hikmətli olmağı tələb edir. Elə hal ola bilər ki, məqsədiniz dəvət olsa da, dediyiniz sözlər yerində olmaya bilər və insanları çəkindirə bilərsiniz. Hər sözdən öz məqamında istifadə etmək lazımdır. Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Siz həvəsdən düşməyin, elminizi artırın, əxlaqınızı gözəlləşdirin və insanlara əməllərinizlə nümunə olun ki, dediyiniz sözləri qəbul etsinlər. Daha ətraflı: İslama dəvət necə olmalıdır?