Rusiyada dükandan alınmış əti yemək olarmı?

    20.12.2015
Sual: 
salam,men rusiyada yasayiram,ve yoldasim dukandan tyug alir,ama bilmirem nece kesilib,bunu yemek mene gunahdi,namaz qiliram
Cavab: 
Və aleykum Salam. Tanıdığınız, şəriətə uyğun qaydada kəsilmiş ət satan müsəlman mağazaları varsa ən yaxşısı onlardan almaqdır. Əgər tapmasanız, yeyilməsi halal olan heyvanları kitab əhli kəsərsə, bu əti yeməkdə qadağa yoxdur. Baxmayaraq ki, onlar heyvanları "bismilləh" demədən kəsirlər. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır...". (əl-Maidə, 5). Lakin, əgər heyvanın qanı çıxmırsa, elektrik cərəyanı, küt alətlə vurularaq və başqa vasitələrlə öldürülürsə, bu təqdirdə onların ətini yemək qadağandır. Çünki, bu ət leş qismindədir. Uca Allah buyurur: "Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır". (əl-Maidə, 3).
Heyvan elektriklə keyidilib, ölməzdən qabaq kəsilirsə, bu halda yeyilməsi icazəlidir.
Paylaş: