Ekstrasenslik günahdır?

    30.01.2014
Kimdən: 
vidadi
Sual: 
Salam aleykum. Ekstrasenslik, yeni baxiciliq gunahdirmi? Eger Allah terefinden verilen bir vergidirse, buna nece yanashmaq olar? Xahish edirem etrafli cavablandirasiz.
Cavab: 
Və aleykum Salam. Bəli, yeddi həlakedici böyük günahlardan biri də sehr, falçılıq və bu qəbildən olan əməllər sayılır. Bunun günah olmasını bizə Uca Allah Öz Kitabında xəbər vermişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Maidə, 90).
Gördüyünüz kimi Uca Allah açıq-aydın şəkildə bu çirkin əməli şeytanın əməllərindən adlandırıb. Ona görə də belə əməllərdən çəkinmək lazımdır. Uca Allah tərəfindən verginin verilməsi isə yalandır. Necə ola bilər ki, Allah bunu qadağan etsin və sonra kiməsə vergi versin? Əlbəttə ki, bu yalandır. Ona verilən vergi Uca Allah tərəfindən ola bilməz, bu şeytanların onlara vəsvəsə etdiyi, bir həqiqətə yüzlərlə yalan qatışdırılmış məlumatlardır.
Teqlər: 
Paylaş: