Müəllim mənə aşağı qiymət yazır, bu haqsızlıqdırmı?
Sual:
salam.mən üniversitetdə oxuyuram.dərslərimlə cox məşgul oluram.yazılı imtahanlarda yaxşı yazam.Amma müəllim mənim fikrimcə haqsızlıq.vərəği boş qaytaranlara gözü qarşısında köçürənlərə qohumlarına yüksək qiymət verir mənim isə qiymətimi aşagı yazır.sizcədə haqsızlıqdır bu?və dinimizdə bu necə qarşılanır?öncədən təşəkkürlər.Sağolun
Cavab:
Və aleykum Salam. Müsəlman bir kəs onun haqqına girəndən şəriətdə icazə verilən tərzdə haqqını tələb etməlidir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır." (Ali İmran, 104). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz pis iş (günah) gördükdə əli ilə düzəltsin! Ona qadir olmasa dili ilə düzəltsin! Ona da qadir olmasa, qəlbi ilə nifrət etsin, bu da imanın ən zəif dərəcəsidir". (Muslim)
"Əli ilə düzəltsin" sözünün mənası, əgər fitnəyə səbəb olmayacaqsa, səlahiyyəti çatırsa, özü düzəltmək, əks halda isə bu haqsızlığı aradan qaldırmaq səlahiyyətində olan adamlara şikayət etməkdir. "Dil ilə düzəltmək" isə həddi aşmadan və təhqir etmədən nəsihət etməkdir.
Dünyada ikən haqqını ala bilməyənlərin haqqı qiyamət günü bərpa ediləcək. Daha ətraflı: Qul haqqı barədə