Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?

    31.01.2014
Sual: 
Salam aleykum. Ramazan ayında oruc tuta bilmirəm, yəni oruc tutanda dözə bilmirəm. Təzyiqim düshür, hətta bir dəfə özümdən getmishəm. Buna görə tuta bilmirəm orucu. Bu günah sayılırmı?
Cavab: 

Aleykum salam. Xəstəlik sağaldıqda tutmadığınız günlərin sayı qədər oruc tutmaq lazımdır. Xroniki xəstəlik və ya yaşlı olmaq səbəbi ilə ümumiyyətlə oruc tuta bilmirsinizsə, onda şəriətə görə siz hər günün müqabilində bir yoxsulu yedizdirməlisiniz. Yəni bir günə görə bir yoxsula bir dəfə yemək verməlisiniz. Birdəfəlik otuz günün müqabilində də yemək verə bilərsiniz. Ramazan ayı xəstə olan, lakin gələn Ramazan ayına qədər oruclarını tuta bilən kəslər buraxdıqları günlərin oruclarını tutmalıdırlar. Uca Allah bu haqda buyurur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184).

Teqlər: 
Paylaş: