İstiğfar duası necədir?
Sual:
Allahın Salamı olsun sizə! Çox üzr istəyirəm mənə istiğfar duasını yazın
Cavab:
Və aleykum Salam. İstiğfar dedikdə Allahdan bağışlanma diləmək nəzərdə tutulur. Lakin, bağışlanma diləməyin ən üstününü Peyğəmbərimiz bizə bildirib. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "Ən üstün istiğfar belədir: "Allahummə, əntə rabbi lə iləhə illə ənt, xaləqtəni və ənə abdukə və ənə alə ahdikə və vədikə məs-tətətu, əuzu bikə min şərri mə sanətu. Əbuu-u ləkə binimətikə aleyyə və əbuu ləkə bizənbi. Fəğfirli fə innəhu lə yəğfiruz-zunubə illə ənt" (Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa haqq ilah yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Bacardığım qədər Sənə verdiyim əhdə və vədə sadiq qalacağam. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!) Sonra Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Kim gündüz vaxtı bu duanı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə, Cənnət əhlindən olar. Habelə kim axşam ikən bunu yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə, Cənnət əhlindən olar". (əl-Buxari, 6306).
Həmçinin oxuyun: Tövbə etmək haqqında
Həmçinin oxuyun: Tövbə etmək haqqında