Suallara çox kobud cavab verirsiniz...
Salam aleykum. Allahın və Onun Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yoluna Quran və səhih dəlillər əsasında insanları dəvət etmək, nəyin halal, nəyin haram olduğunu demək və insanları bidətdən (dində yenilikdən) çəkindirmək kobudluq və ya təkəbbür ola bilərmi? Uca Allah buyurur: "İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33). Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Təkəbbürlük nədir, ey Allahın Elçisi?" soruşduqda, O (salləllahu aleyhi və səlləm), belə dedi: "Haqqı danmaq və insanlara xor baxmaqdır". (əl-Buxari "Ədəbul-Mufrad", 548).
Burada kimsə təhqir olunubsa, xahiş edirik ki, bizə bildirsin və sübutunu gətirsin.