Peyğəmbərə cadu ediblərmi?
Sual:
Salamu aelykuma,cadu heqiqeten varmi?bunu nece his etmek olur?peygemberlerimizede cadu olunubmu?
Cavab:
Və aleykum Salam. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sehr edildi. İş o yerə gəlib çatmışdı ki, həqiqətdə etmədiyi bir işi etdiyi onun xəyalına girirdi. Nəhayət, bir gün o, uzun-uzadı dua etdikdən sonra (mənə) dedi: "Bilirsənmi, Allah mənə bu xəstəlikdən sağalmaq üçün yol göstərdi. (Yuxuda) mənim yanıma iki nəfər gəldi. Onlardan biri mənim baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu və öz aralarında (mənim haqqımda) danışmağa başladılar:
– Bunun dərdi nədir?
– Ona sehr edilmişdir.
– Sehri edən kimdir?
– Ləbid ibn əl-Əsam.
– O, sehri nə ilə etmişdir?
– Daraq, darananda saç-saqqaldan tökülən tük və erkək xurmanın tozcuğu ilə.
– Yaxşı bəs o cadu-pitik indi haradadır?
– Zərvan quyusunda.
Bundan sonra Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) quyunun yanına getdi. Sonra geri qayıdıb mənə dedi: "(O quyunun suyu ilə suvarılmış) xurma ağaclarının başı şeytan başlarına bənzəyir”. Mən soruşdum: "Cadunu çıxarda bildinmi?" Dedi: "Xeyr, (çıxartmadım)! Çünki Allah artıq mənə şəfa vermişdir. Lakin mən onun insanlara təsir göstərə biləcəyindən ehtiyat etdim". Elə buna görə də həmin quyu (torpaqla) dolduruldu". (əl-Buxari, 3268). Həmçinin oxuyun:
Cadu və cinlər həqiqətdirmi?
Sehr nədir?