Qalstuk taxmaq icazəlidirmi?

    14.01.2016
Sual: 
Salamu aleykum.İslamda qalstuk taxmaq icazəlidirmi?əgər icazəli deyilsə yəni bu kafirlərə bənzəməkdirsə onda biz niyə şalvar geyinirik.halbuki şalvar da kafirlərin geyimidir.təşəkkür edirəm.
Cavab: 

Və aleykum Salam. Şəriətin ümumi qaydasına əsasən, haram olduğu bildirilməyən şeylərin hamısı halaldır. Məsələn, qızıl və ipəyin kişilərə haram olduğu bildirildiyi üçün qadağandır. Şalvar, qalstuk və s. isə yalnız kafirlərə məxsus geyimlər deyil, onları müsəlmanlar da geyinirlər. Kafirlərə oxşamaq niyyəti olmadan qalstuk taxmaqda heç bir qəbahət yoxdur.

Paylaş: