Övladı olmayan üçün xüsusi dua varmı?

    30.01.2014
Sual: 
Salam aleykum. Menim ovladim yoxdu. Bilmek isterdim ki, bunun uchun dualar varmi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Övladın olması üçün xüsusi dua forması yoxdur. Qurani Kərimdə olan dualardan istifadə edə bilərsiniz. Quranda Zəkəriyyə (Ona Allahın salamı olsun) peyğəmbərin etdiyi: "Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Rabbi ləə təzarnii fərdən, va əntə xayru-l-vaarisiin)". (əl Ənbiyə, 89) duanı oxuya bilərsiniz. Həmçinin: "Allahım, mənə xeyirli zürriyət bəxş et" deyərək dua edə bilərsiniz. 

 

Teqlər: 
Paylaş: