Uşağı dəcəllik etdiyinə görə vurmaq günahdır?

    20.02.2014
Kimdən: 
A
Sual: 
Salam aleykum. Öz uşağım cox dəcəl olduğundan məni cox əsəbləşdirir. Nə qədər hirsimi cilovlasamda axırı dözə bilməyib onu vurur ve ya döyürəm. Sonra cox peşman olsamda bunu yenə təkrar edirəm. Bu hal ne dərəcədə günahdir?
Cavab: 

Aleykum salam. Tərbiyə məqsədi ilə üzə və ya başa vurmadan uşaqları yüngül vurmağa icazə verilir. Allahın Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin, on yaşına çatıb namaz qılmadıqda isə onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Davud, 495). 
Lakin uşağı hər bir xətasına görə tez-tez vurmaq və bunu adət halına salmaq olmaz. Bu, uşağın tərbiyəsinə mənfi təsir göstərir. Tez-tez döyülən uşaq qorxaq böyüyə bilər. 

Teqlər: 
Paylaş: