Qız onu əxlaqsız əməllərə məcbur edən atası ilə əlaqəni kəsə bilərmi?
Sual:
salam aleykum suallarin birinde rastlawdim ata ile kusulu qalmag olmaz yaxsi bes ata oz qizina terbiyesiz hereketler teklif edirse mecbur edirse onda nece bes olar olmaz
Cavab:
Və aleykum Salam. Uca Allah əmr və qadağaları insanın dünya və axirətdə xoşbəxt olması üçün qoyub. Bu əmr və qadağalar insanlar pis yola getməməsi üçün qoyulub. Əmrlərin əmr olmasının, qadağaların qadağa olmasının hikməti budur. Lakin, məsələn, insanın öz əli zərər verib irinləyirsə, bədəni zəhərləyirsə, onu kəsib atmalıdır. Yoxsa bu zərər o insanı məhv edəcək. Bu, axırıncı həddir. Ona görə də istər ata, istər ana, bacı, qardaş - belə böyük zərər verirsə, onunla əlaqəni kəsmək lazımdır. Sizin halınız dediyiniz kimidirsə, elə adam ilə əlaqə saxlamaq təhlükəlidir. Bir yerdə qalırsınızsa, bu adamla tək qalmayın və onunla əlaqə saxlamayın. Əgər ayrı qalırsnızsa, ayda bir dəfə əlaqə saxlamaq mümkün olsa, əlaqə tam kəsilmir və hal-əhval tutulur. İmkan daxilində bu insanı haqqa dəvət edin. Bəlkə, bu niyyətlərdən uzaqlaşar. Çünki, irəlidə Allahla hüzurunda bu dünyada edilənlərə görə hesabat var. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Üç nəfər Cənnətə girməz: valideynin üzünə ağ olan, dəyyus (yəni ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan) və özlərini kişilərə bənzədən qadınlar". (ən-Nəsai, 5/80-81; əl-Hakim, 1/72).