Hər gecə Allaha dua edəcəyimə söz vermişdim...
Sual:
Salam aleykum. Ushaq ikən yəni 12 yaşimda Allaha bir söz vermishtim. Hər gecə yatmazdan əvvəl Allaha dua etməmiş yatmayacağam deye, onsuzda bütün günü ürəyim Allahla olsada bunu 8 ildir ki, əməl edirəm. Amma 3 ildir ki, ailəli, uşaqlı olduğum üchün chox yorğun oluram deyə bəzi gecələr nə vaxt yuxuya getdiyimi belə bilmirəm. Nə olursa olsun bu sözümün üstündə ömrümün axırına qədər durmaq istəyirəm. Bilirəm Allaha verdiyim sözdən üstün hech bir şey ola bilməz. Amma bəzəndə yuxunun qarşısina kechə bilmirəm. Nə etməliyəm və bu nə dərəcədə günahdır?
Cavab:
Aleykum salam. Sözsüz ki, Uca Allah insana qarşı çox mərhəmətlidir. Allaha söz vermiş olsanız belə O sizdən yalnız bacardığınız qədər ona ibadət etməyi buyurur. Quranda Uca Allah belə demişdir: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər mükəlləf edər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et!.." (əl-Bəqərə, 286). Ona görə də bacardığınız qədər dua etməyə çalışın.