Körpə uşaq üçün mollaya dua yazdırmaq olarmı?

    24.01.2016
Kimdən: 
emilya
Sual: 
Mollaya korpe usag ucun qorxu duasi yazdirmag gunahmidir?
Cavab: 
Salam aleykum. Baş ağrı dərmanını üstündə gəzdirməyin faydası olmadığı kimi, duanı da üstündə gəzdirməyin faydası yoxdur, bu həmçinin dinimizə ziddir. Duanı uşaqlarınız üçün oxumalısınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nəvələri Həsən və Huseynə (Allah onlardan razı olsun): "Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm" - deyə dua edər və sonra deyərdi: "Sizin atanız da İsmail ilə İshaq üçün bu kəlmələrlə Allahdan sığınma diləyərdi". (Əbu Davud, 4739). Duanın ərəbcə deyilişi: Uiyzukumə bikəlimətilləhit-təm­mə, min kulli şəytanin və həmmə, və min kulli aynin ləmmə.
Teqlər: 
Paylaş: