Şeytan da Cənnətdən gəlib?

    31.01.2016
Sual: 
Salaç aleykum. 1.Allah Adəm əleyhisəlləmi yaratmazdan qabaq cinləri yaradıb. İnsan əvvəl cinləri olubsa cinlərin yaşayış yeri hara idi.yəni həmim vaxtı yer kürəsi varıydi? 2.şeytan Adəm və Həvvanın əleyhimussələm cənnətdən çıxmasının səbəbkarı olubsa deməli şeytan da cənnətdən gəlib? Necə olub ki,şeytan cənnətdə Adəm əleyhisəlləmi yoldan çıxara bilib..? Salam aleykum.
Cavab: 
Və aleykum Salam.
1. Yer kürəsi insanlardan da qabaq var idi. İnsanlardan qabaq yer üzərində cinlər yaşayıb.
2. Şeytan Cənnətdə olmayıb. Şeytan Adəm və Həvvaya kənardan vəsvəsə verib. Vəsvəsə vermək o demək deyil ki, o da Cənnətdə olub. Kənardan onları görməsi kimi. Uca Allah buyurur: "Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq və Haqq-hesab gününü yalan hesab edərdik – ölüm yəqinliyi bizə gələnə qədər". (əl-Muddəssir, 40-47). Bu ayədə Cənnət və Cəhənnəm əhlinin bir yerdə olmadıqlarına baxmayaraq söhbət edə bilmələri bildirilmişdir.
Teqlər: 
Paylaş: