Oğlanla qızın dostluğuna dinimiz necə baxır?

    24.01.2016
Sual: 
Salam.Mənim belə bir sualım var.Dinimizdə qızla oğlanın dostluğuna necə baxılır? Aralarında yalnız dostluq münasibəti var.Təkcə telefonla danışırlar.Heç vaxt görüşmüyüblər.Bir birilərinə naməhrəm sayılırlarmı? Əvvəlcədən təşəkkürlər
Cavab: 

Və aleykum Salam. Naməhrəm oğlanla qızın görüşməsi, söhbət etməsi və s. haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165; "İrva əl-Ğalil", 1813).
Həmçinin buyurmuşdur: "Allaha və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd, 178). Daha ətraflı: Zina və ona aparan yollar

Paylaş: