Gözəl təbiəti olan yerdə yaşamaq dünyanı Cənnətə dəyişməkdirmi?

    28.01.2016
Kimdən: 
Əli
Sual: 
sələmu aleykum. Sual belədi : Mən təbiəti sevirəm. Və istəyirəm ki, pul yığıb uzaq bir yerə köçüm, və orda ölənə qədər yaşayım. Mənə elə gəlirki bu düzgün deyil. Yəni elə çıxırki, mən bu dünyanı cənnət əvəzinə alıram. Yəni bu dünyada istədiyim yerdə yaşamaq istəyirəm, gözəl bir yerdə. Mənim bu fikirlərim düzgundür? Yoxsa pul yığsam, yaşaya bilrəm təbiətdə? Yəni elə fikirdəyəm ki, ac insanları, heyvanları fikirləşəndə pis oluram. Onlar ac, amma mən təbiətdə ləzzət alıram. Ümid edirəm çatdıra bildim fikirlərimi. 2) hərdən elə olurki, ibadətlərimi etsəmdə, mənə elə gəlirki cəhənnəmə düşəcəyəm. axırda Allah deyəcək ki, atın bunu cəhənnəmə. Allah bağışlayan olsada,məni bağışlayacağını düşünmurəm
Cavab: 

Və aleykum Salam.
1. Təbiəti sevməkdə prolem yoxdur. Müsəlman hara köçürsə-köçsün dini baxımdan yaşamağa uyğun mühit olmalıdır. Varlı olmağa və təbiətdə yaşamağa heç bir qadağa yoxdur. Yetər ki, həftədə bir dəfə cümə namazına gedəsiniz və zəkatı vaxtlı-vaxtında verəsiniz. Lakin, siz yaşayışınızın gözəlliyini "Cənnətin bu dünyadakı əvəzi və Axirətdə heç bir payın olmaması" kimi başa düşməyiniz düz deyil. Çünki, müsəlman üçün yaxşı yaşayışın olması icazəlidir. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Üç şey xoşbəxtliyin əlamətidir; həyat yoldaşının əməli­saleh qadın olması, geniş evin olması və rahat miniyin olması". (əl-Bəzzar, 1180).
2. Kimin Cənnətə və ya Cəhənnəmə düşməyini Allahdan başqa heç kəs bilməz. Allah barəsində gözəl zəndə olmaq lazımdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Uca Allah belə buyurdu: "Mən qulumun ba­rəm­də­ki zənni yanındayam. Mənə dua et­dik­də, Mən onun yanında oluram". (əl-Buxari: "Ədbul-Mufrad", 616). Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim: "Cənnət", 81). Ona görə siz Uca Allaha ümid edin, Ona təvəkkül edin. Uca Allah buyurur: "Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Bəqərə, 173).

Teqlər: 
Paylaş: