Qar yağanda dua etmək doğrudur?

    31.01.2014
Sual: 
Salam aleykum. Qış girir, ilk qar yağır və dua etmək doğrudur? Günah sayılmır?
Cavab: 

Aleykum salam. İslama görə qışın gəlişi və ya qarın yağması səbəbi ilə xüsusi dua forması mövcud deyil. Amma yağış yağanda Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurur: Yağış yağarkən belə dua edin: "Allahummə sayyibən va nəfiən". (Allahım! Bizə bu yağışı bol və faydalı et!). (əl-Buxari, 2/518).

Teqlər: 
Paylaş: