Telefonda verilən azandan sonra azana aid duanı etmək olar?

    16.12.2015
Sual: 
Essələmu aleykum va rahmətullahi va bərakətuhu. 1. Telefonda azan proqrami azan verende dua etmek olar?yəniki sirf sunnede gelen. Mes. Azan oxunanda filan dualari edende gunahlar bagislanir. Bes telefondada bagislanar? 2. Miniye minende dua oxunur.bes hemin duani avtobusda oxumaq olar? Avtobusda minik sayilirda???
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətu.
1. Telefonda verilən azan namazda verilən azan hökmündə deyil. Ona görə də azan duasını etmək telefonda verilən azana aid deyil.
2. İstər at, dəvə kimi heyvanlar, istərsə də maşın, təyyarə, gəmi, qatar -- bunların hamısı minik sayılır. Bunlara mindikdə miniyə minərkən edilən duanı demək lazımdır.

Teqlər: 
Paylaş: