Ölünü anasının adı ilə cağırmaq nə dərəcədə düzgündür?
Sual:
salam size bir sual vermek olar?
niye müselman aleminde ölünün adini cekende atasinin adiyla yox, anasinin adiyla cağırırlar? bunu biz bilmek isteyirik deqiq niye beledi,
Cavab:
Və aleykum Salam. Bunun İslamla heç bir əlaqəsi yoxdur. Əksinə, bu yəhudilikdən gəlmə şeydir. Yəhudilərə görə, ana yəhudidirsə, uşaq da yəhudidir. Atanın hansı millətdən olması fərq etməz. Ata yəhudi olub ana başqa millətdən olsa, uşaq yəhudi deyil, ananın millətinə şamil edilir. İslamda isə övlad ataya nisbət edilir. Uca Allah buyurur: "Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir" (əl-Əhzab, 5). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Kim başqa birisini özünün atası olduğunu iddia edərsə və ya özünün başqa bir tayfaya mənsub olduğunu bildirərsə, ona Allahın və Qiyamət gününə kimi gələnlərin lənəti olsun”. (Əbu Davud, 5117).