Başdan-ayağa qara geyinənlərə niyə Vəhhabi deyirlər?

    02.02.2014
Sual: 
Salam aleykum. Hicaba girərkən başdanayağa qaraya bürünürlər, bunlara niyə Vəhhabi deyirlər? Onlar doğrudanmı din yolu ilə gedirlər? Mənə çox maraqlıdır! Qadınlar başdan-ayağa qara geyinir, kişilərində saqqalları uzun olur. Dində saqqal uzatmaq ziddir? Yoxsa uzun olmalıdır?
Cavab: 

Aleykum salam. İnsanın tutduğu yol onun geyimi və ya xarici görkəmiylə ölçülmür. Əqidə sadəcə daxildən gələn, Uca Allaha olan saf və səmimi bir inanc hissidir. Düzgün yol Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yoludur. Kimlər ki, bu yolun davamçılarıdır, haqq üzərində olan da onlardır. Uca Allah buyrur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
O ki, qaldı qara rəngli paltara, müsəlman qadının sırf bu görkəmdə olması vacib deyil. Əsas odur ki, dar, şəffaf, cəlbedici, cazibədar, diqqət çəkəcək görkəmdə olmasın. Sadəcə, Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zövcələri (Allah onlardan razı olsun) qara geyindikləri üçün həmin qadınlar da onlara bənzəməyə çalışırlar. Saqqal isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) əshabələrinə (Allah onlardan razı olsun) buyurduğu tövsiyələrindən biridir. Həmçinin oxuyun: Vəhhabi kimlərdir?

Teqlər: 
Paylaş: