İsa və Cəbrail hansı səhabələrə bənzəyirdilər?

    02.02.2016
Sual: 
İsa əleyhissalama və Cəbrail əleyhissalama zahirən bənzəyən hansı səhabələr olub?
Cavab: 
Salam aleykum. İsanın (Allahın ona salamı olsun) xarici görünüşü haqda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir hədisində belə buuyurmuşdur: "Mən göy­­lərə qalxdığım gecə İmran oğlu Musanın (Allahın ona salamı olsun) yanına gəldim. Qara­buğdayı, hün­dürboylu və dolubədənli bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi. Mər­yəm oğlu İsanı (aleyhis-sələm) da gördüm. Orta­boy­lu, al­yanaq, ağbəniz və nazik saçlı bir adam idi". Rəsulullaha (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Cəhənnəmin gözətçisi Malik, bir də Dəccal göstərildi. Bir çox əlamətlər içində Allah bunları da ona göstərmişdir". (Muslim, 419).
Cəbrail mələk olduğuna gör onun özünəməxsus qiyafəsi var. Lakin, Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) görsənərkən çox vaxt Dihyə adlı səhabənin qiyafəsində görsənib. Dihyə ibn Xəlifə ibn Fərva ibn Fədalə əl-Kəlbi (Allah ondan razı olsun) Pey­ğəm­bə­rin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabəsi, hicrətin 6-cı ilində Heraklın yanına göndərdiyi el­çisidir. Ən yaraşıqlı səhabələrdən biridir. Bədr döyü­şün­dən əvvəl müsəlman olmuşdur. Cəbrail (aleyhis-sələm) çox vaxt Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına Dihyə­nin qiyafəsində gələrmiş. (Siyər Ə'lamun-Nubələ, 116-cı tərcü­meyi-hal). Bir dəfə Um­mu Sələmə Peyğəm­bə­rin (ona Allahın salavatı və salamı olsun) yanında ikən Cəbrail (Allahın ona salamı olsun) onun yanına gəlib onunla söhbət etdi. O, çıxıb getdikdən sonra Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Ummu Sələmədən (Allah ondan razı olsun) soruşdu: "Bilirsən, o, kim idi?" Ummu Sələmə (Allah ondan razı olsun): "Bu, Dihyə idi" - dedi. Sonralar Ummu Sələmə (Allah ondan razı olsun) deyir­di: "Vallahi, Allahın Peyğəmbəri­nin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xütbəsini eşidənədək, xütbədə onun Cəb­rail olduğunu bildirə­nədək mən onun Dihyə olduğunu gü­man edirdim". (Səhih əl-Buxari, 3634).
Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəbra­ili (Allahın ona salamı olsun) gördü. Onun altı yüz qanadı var idi". (əl-Buxari, 3232). Daha ətraflı: Cəbrail kimdir?
Teqlər: 
Paylaş: