Cənnətə daxil olmaq üçün ərəb dilini bilmək vacibdirmi?

    04.02.2016
Sual: 
Essalamu aleykum men bir sual vermek isteyirem .o duzdurmu ki cennete daxil olmaq ucun ereb dilini mutleq bilmelisen?
Cavab: 

Və aleykum Salam. Ərəb dilini bilmək Cənnətə girmək üçün şərt deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "...Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, ağın qaradan, qaranın da ağdan üstünlüyü yalnız təqva (Allah qorxusu) ilədir". (İmam Əhməd, 5/411). Digər hədisdə buyurmuşdur: "Allah sizin surətinizə və mallarınıza baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar". (Səhih Muslim, 2064).

Teqlər: 
Paylaş: