Atam ikinci qadınla kəbin kəsdirə bilərmi?
Sual:
salam aleykum.atamin anamla kebini var atam bawka bir qadinla kebin kese biler o qadunda duldi?birde o qadin deyirki atamla kebin kestirib atam ise deyir hec xeberi yoxdu...cavab gozleyirem .cox sagolun
Cavab:
Və aleykum Salam. Atanız başqa qadınla ikinci dəfə nikah bağlaya bilər. Lakin, nikah şəriət qaydalarına uyğun olmalıdır. Belə ki, qadın tərəfdən vəli, iki şahid və kişi iştirak etməlidir. Peyğəmbər (Allahın ona vəa iləsinə salavatı və salamı olsun) belə buyurub: "Himayədar tərəfindən nikahı bağlanmayan qadının nikahı batildir, nikahı batildir, nikahı batildir". (İbn Məcəh, 1879). Başqa rəvayətdə deyilir: "Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyil". (İbn Hibban, 305/1247). Sizin halda isə atanız deyirsə ki, xəbəri yoxdu, bu kəbin düzgün sayılmır. Kəbini yenidən mövcud olan şəriət qaydalara uyğun kəsmək lazımdır.