Yoldaşım məndən ayrılmaq istəyir, necə dua etməliyəm ki, qayıtsın?

    11.02.2016
Sual: 
Salam yoldasim menen inciyib gedib ayrilir nece dua etmeliyem o qayitsin
Cavab: 
Və aleykum Salam. Birinci növbədə siz qadın və kişi haqlarına riayət etməlisiniz. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır". (əl-Bəqərə, 228). Kişi qadınla mülayim davranmalı, öz yediyindən ona da yedirməli, geyindirməli, ona dini öyrətməli, onunla birlikdə vaxt keçirməli və digər ehtiyaclarını ödəməlidir. Həmçinin onun əziyyətlərinə səbr etməli, onu tərbiyələndirməli, eyiblərini başqalarının yanında açmamalı, namusunu qorumalı, işlərində onunla məsləhətləşməlidir və s. Qadın isə ərinə itaət etməli, özünün, ərinin və övladlarının namusunu qorumalı, sirlərini açmamalı, əri üçün bəzənməli, onun malını qorumalı, evə onun icazəsi olmadan heç kəsi buraxmamalı, övladlarını gözəl tərbiyə etməlidir və s. Bu cavabları oxuyun:
Ərim mənimlə maraqlanmır, nə edim?
Dualarım qəbul olmur, nə edim?
Teqlər: 
Paylaş: