Cənnət və Cəhənnəmin adları?
Sual:
salam aleykum cennet ve cehennemin adlarini yazmaginizi xahis ederdim ve onlara hansi tebeqede olan insanlarin yerlesmesinide qeyd ederdiz zehmet olmazsa.
Cavab:
Və aleykum Salam. Cənnətin və Cəhənnəmin təbəqəlri və adları mövcuddur. Cənnətin adları
Adn - "Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətidir". (əl-Beyyinə, 8).
Nəim - "Məni Nəim cənnətlərini varislərindən et!" (əş-Şuəra, 85).
Xuld (Əbədiyyət) "De: "Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət cənnəti?" (əl-Furqan, 15).
Məva – "Məva cənnəti onun yanındadır". (ən-Nəcm, 15).
Darus-Səlam (Əmin-amanlıq yurdu) - "Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Darus-Səlam) gözləyir". (əl-Ənam, 127).
Firdovs - "İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs cənnəti olacaqdır". (əl-Kəhf, 107) və s.
Firdovs cənnəti Cənnətin ən üstün təbəqəsidir. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "...Allahdan (nə isə) dilədiyiniz zaman Firdovs cənnətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mərtəbəsidir". (əl-Buxari, 2790).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kim Allah yolunda bir kişi və qadının ehtiyaclarını ödəyərsə, Cənnət qapılarından çağırılacaq: "Ey Allahın qulu, bu daha xeyirlidir!" Kim daha çox namaz qılanlardan idisə, (onu) namaz qapısından çağırarlar. Kim cihad əhli olubsa, (onu) cihad qapısından çağırarlar. Kim daha çox oruc tutanlardan idisə, (onu) Rəyyan qapısından çağırarlar. Kim sədəqə əhli olubsa, (onu) sədəqə qapısından çağırarlar". (əl-Buxari, 1764).
Cəhənnəm haqda Uca Allah buyurur: "Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur". (əl-Hicr, 43-44).
Hutamə (odlanmış) - "Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? Bu, Allahın qaladığı Oddur". (əl-Huməzə, 4-6).
Haviyə (uçurum) - "Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!" (əl-Qariə, 8-11).
Nar (od) - "Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər Onlar orada əbədi qalacaqlar!" (əl-Bəqərə, 39).
Cəhim (Cəhənnəm) - "Cəhənnəm də azğınlara göstərilər". (əş-Şuəra, 91).
Səqar (alov) - "Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik". (əl-Mudəssir, 40-43).
Ləza (alovu şölənən od) - "Xeyr! Bu, alovu şölələnən Oddur". (əl-Məaric, 15) və s.
Həmçinin, Cəhənnəmin ən alt təbəqəsində münafiqlər olacaqlar.