Həyat yoldaşım ikinci evliliyimə halallıq vermirsə, günah qazanır?

    21.02.2016
Kimdən: 
Saleh
Sual: 
Men evli kiwiyem, dul bir qadina awiq olmusham.5 ildir bir-birmizi deli kimi sevirik..yoldashim onunla kebine halalliq vermir. Yoldasimla kebinde sertini kesmeyib ki, ozunden sonra hec bir qadinla kebin kesdire bilmerem. Men sevdiyim qadinla kebine gire bileremmi? Eger gire bilmeremse yoldawim ne derecede gunah etmish olur.
Cavab: 

Salam aleykum. Kişinin ikinci evliliyində birinci həyat yoldaşının halallığı, razılığı şərt deyil. Lakin, bu evliliyi gizlətmək də düzgün deyil. Həmçinin, bu məsələ yaşadığınız yerə görə müəyyənləşdirilir. Belə ki, əgər sizin ikinci evliliyiniz birinci yoldaşınızla aranızda fitnə-fəsadın baş verməsinə, ailənin dağılmasına səbəb olacaqsa, bu halda səbr etməyiniz daha yaxşıdır. Çünki, övladların tərbiyəsini pozan ən böyük amillərdən biri də boşanmadır. Həmçinin, ikinci evlilik böyük məsuliyyət tələb edir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "İki arvadı olan kimsə, onlardan hər hansı birinə (digərindən üstün, çox) meyl edərsə, Qiyamət günü bir tərəfi əyilmiş halda gələcək". (Əbu Davud, 2135). Həmçinin, oxuyun: Birinci zövcənin razılığı olmadan, kişi ikinci zövcəni ala bilərmi?

Teqlər: 
Paylaş: