Siz hansı əqidəyə inanırsız və hansı alimlərə üstünlük verirsiniz?
Va aleykum alam. Biz Uca Allahın göndərdiyi kitaba inanır, onun elçisi Muhammədin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu ilə getməyə çalışır və sonradan dində çıxmış yeniliklərdən uzaq durmağa çalışırıq. Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).
Aişə (radıyəllahu anhə) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır". (əl-Buxari, 2697; Muslim, 1718).
Başqa bir rəvayətdə isə belə demişdir: "Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır". (Muslim, 3/313).
Suallara verdiyimiz cavablarda hədislərdən istifadə edərkən çox vaxt mötərizədə həmin hədisi Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) rəvayət etmiş alimin adını qeyd edirik və yalnız səhih hədisləri yazırıq.