İki bacının eyni ildə kəbin kəsdirməsi düzgündürmü?

    04.02.2014
Sual: 
Salam aleykum. İki bacının bir ildə kəbin kəsməyi düzgündürmü? bunun düşər düşməzi varmı?
Cavab: 

Aleykum salam. Bəli, düzgündür. İki və ya daha artıq sayda bacılar olsun, şəritə görə fərq etməz, hamısının bir ildə kəbinləri kəsilə bilər. Bu barədə şəriətdə heç bir qadağa yoxdur. O ki, qaldı düşər-düşməz məsələsinə, bu kimi məsələlər xurafat və uğursuzluq kimi batil inanclardan meydana gəlib. İslamda isə uğursuzluq inancı yoxdur. Uğursuzluqla bağlı daha ətraflı: Dırnaq tutub yerə tökmək günahdırmı? 

Teqlər: 
Paylaş: